logo

Düşənbədə MDB ölkələri SQ Qərargah Rəisləri Komitəsinin iclası olub

10:51 24-08-2019 | icon 2345
Düşənbədə MDB ölkələri SQ Qərargah Rəisləri Komitəsinin iclası olub

Avqustun 23-də Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.

 YeniAvropa  xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər.

İclası açan Tacikistanın müdafiə naziri Şirəli Mirzo müasir dünyadakı təhlükələrdən narahat olduğunu bildirib, gələcəkdə hərbi və hərbi texniki əməkdaşlığın gücləndirilməsinə diqqəti artırmağın vacibliyini vurğulayıb.

Tədbirdə MDB ölkələrinin silahlı qüvvələrinin koordinasiyası ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, təşkilata üzv dövlətlərin 2025-ci il üçün hərbi münasibətlərinin Konsepsiyasının həyata keçirilməsi yolları diqqət mərkəzində olub.

Həmçinin birgə təlimlər, mina əleyhinə əməliyyatlar, kimyəvi və bioloji sistemlərin genişləndirilməsi, topogeodeziya vasitələri ilə təminat, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması və digər məsələlər müzakirə edilib.

İclasda ümumilikdə 20 məsələyə baxılıb.