logo

Çeçenistanda Avropanın ən iri məscidi istifadəyə verilib

21:20 23-08-2019 | icon 3283
Çeçenistanda Avropanın ən iri məscidi istifadəyə verilib

Rusiya Federasiyasının Çeçenistan Respublikasının Şali şəhərində Avropanın ən iri məscidi istifadəyə verilib. Məscidin açılış mərasimində çıxış edən Çeçenistanın lideri Ramzan Kadırov dini ocağa Məhəmməd Peyğəmbərin adının veriləcəyini bildirib.

YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, tədbirdə müsəlman ölkələrindən olan qonaqlar, RF prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov, Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov iştirak ediblər. Mərasim iştirakçılarının arasında, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti də olub.

Rusiya prezidenti Vladimir Putin mərasimə toplaşanlara təbrik teleqramı göndərib.

Qeyd edək ki, məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.