logo

Fransa Azərbaycana yeni səfir təyin edib

20:49 23-08-2019 | icon 2478
Fransa Azərbaycana yeni səfir təyin edib

Fransanın xarici işlər üzrə baş müşaviri Zaxari Qross Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Fransanın Hüquqi məlumatların yayılması Dövlət Xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, Z.Qross bu vəzifədə  xanım Oreliya Buşeni əvəz edəcək.

Fransanın Azərbaycandakı hazırkı səfiri xanım O.Buşe isə başqa dövlət vəzifəsinə təyin olunub.

Xatırladaq ki, xanım Oreliya Buşe (Aurelia Bouchez) 2015-ci ilin sentyabrından Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışır. O, bundan əvvəl Avropa İttifaqının Qazaxıstandakı xüsusi nümayəndəsi vəzifəsində işləyib.