logo

Rusiyanın baş naziri dördgünlük iş həftəsinə keçmək təklifini bəyənib

18:50 23-08-2019 | icon 2863
Rusiyanın baş naziri dördgünlük iş həftəsinə keçmək təklifini bəyənib

Rusiyanın baş naziri Dmitri Medvedev perspektivdə dördgünlük iş həftəsinə keçmək təşəbbüsünü bəyənib, lakin qeyd edib ki, bu proses əmək məhsuldarlığının artması və maaşların səviyyəsinin qorunub saxlanılması ilə müşayiət olunmalıdır.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Aleksandr Şoxini qəbul edən baş nazir bildirib ki, gələcəkdə əmək qanunvericiliyində bu məsələ ilə bağlı dəyişikliklər edilməlidir. Onun sözlərinə görə, bu kontekstdə iş qrafikinin daha uyğun olması və iş yerindən kənarda əmək fəaliyyəti ilə bağlı məsələlərə də diqqət yetirilməlidir. Bundan sonra dördgünlük iş həftəsi məsələsinə də baxmaq olar. O əlavə edib ki, bu dəyişikliyi ən yaxın vaxtda gözləmək də olmaz. D. Medvedev xatırladıb ki, bununla bağlı nazirliklərə müvafiq tapşırıqlar verib. O, Şoxindən də bu prosesdə fəal iştirak etməyi xahiş edib.

Rusiyada dördgünlük iş həftəsi ilə bağlı təşəbbüs baş nazir tərəfindən bu ilin mayında irəli sürülüb. Müstəqil Həmkarlar Federasiyası də sosial-əmək münasibətlərinin nizama salınması ilə bağlı üçtərəfli komissiyaya müvafiq təkliflər göndərib. Bu yaxınlarda isə məlum olub ki, D.Medvedev Əmək və Sosial Müdafiə Nazirliyinə iş həftəsinin qısaldılması ilə bağlı hökumətin mövqeyini bildirmək barədə göstəriş verib.