logo

Bərdədə qapıbır qonşu oğlanla qız intihar etdi

11:10 23-08-2019 | icon 4109
Bərdədə qapıbır qonşu oğlanla qız intihar etdi

Ötən gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.

 YeniAvropa xəbər verir  ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.