logo

Hacıqabulda avtoqəzada 8 nəfər yaralanıb

10:28 23-08-2019 | icon 3906
Hacıqabulda avtoqəzada 8 nəfər yaralanıb

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

 YeniAvropa xəbər verir  ki, hadisə Bakı-Qazax avtomobil magistralının Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.