logo

Qurban Qurbanov: Cavab matçında böyük şansımız var

09:11 23-08-2019 | icon 3003
Qurban Qurbanov: Cavab matçında böyük şansımız var

"Bu cür vəziyyət futbolda nadir hallarda olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik".

 YeniAvropa xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin ilk qarşılaşmasında Şimali İrlandiyada “Linfild”ə uduzduqları (2:3) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib: “Futbolda belə hallara hazırlı olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.