UEFA Avropa Liqası: “Linfild” - “Qarabağ” -3:2
Avqustun 22-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində keçirilən “Linfild” - “Qarabağ” oyunu başa çatıb.
YeniAvropa xəbər verir ki, qarşılaşmada qapılara beş qol vurulub. Belə ki, oyunda ilk hesab 14-cü dəqiqədə açılıb. Ağdam təmsilçisi Faysal Rerras adını tabloya yazdırıb – 0:1. Qoldan sonar hücumları davam etdirən Qurban Qurbanovun yetirmələri rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaradıb. Lakin ilk hissənin sonlarında rəqib özünü toparlamağı bacarıb. 40-cı və 45-ci dəqiqələrdə “Linfild”in futbolçuları iki qol vuraraq fasiləyə üstün yollanıblar.
Fasilədən sonra əks hücumlara bel bağlayan “Linfild” “Qarabağ”ın qapısından üçüncü topu keçirib. Qarşılaşmanın sonuncu dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi bir topa endirib. Maqaye Qeye hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə ağdamlıların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Beləliklə, “Qarabağ” səfərədə 3:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.
Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra Monteneqro “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb (2:1, 3:2).
Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir