logo

AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub

16:53 22-08-2019 | icon 3143
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub

Avqustun 22-də AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının əlaqələndiricisi Miloş Velebit tərəfindən “Elit məşq” layihəsinin təqdimatı olub.

YeniAvropa xəbər verir  ki,  tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb. “Elit məşq” layihəsinin bir neçə ildir ki, tətbiq olunduğunu bildirən baş katib bu istiqamətdə yeni mərhələnin başladığını qeyd edib.

Qeyd olunub ki, hazırkı mərhələdə layihə 26 məşqçinin iştirakı ilə keçiriləcək, lakin qarşıdakı müddət ərzində məşqçilərin və layihənin tətbiq olunduğu bölgələrin sayı artırılacaq.

Sonra Miloş Velebit “Elit məşq” layihəsi ilə bağlı təqdimatla çıxış edib.

Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı, AFFA rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.