Avqustun 22-də İran yeni “Bavar-373” tipli zenit raket kompleksini sınaqdan keçirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Rusiyanın "S-400" sistemlərinə yaxın olan “Bavar-373” sınaqdan uğurla keçib. Sınaq atışında iştirak edən İranın Müdafiə naziri Əmir Xatəmi kompleksin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verildiyini bildirib.