logo

Qardaş böyrəyini bacısına verdi

15:10 30-01-2019 | icon 20545
Qardaş böyrəyini bacısına verdi

Respublika Müalicəvi Diaqnostika Mərkəzində  xəstə üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Mərkəzdən YeniAvropa-ya verilən məlumata görə, əməliyyat olunan 26 yaşlı qadın xeyli vaxt idi ki, böyrək çatışmazlığından əziyyət çəkib. Donor isə xəstənin qardaşı olub. Xəstənin həyat yoldaşı da donor olmağa razılıq versə də, qadının qardaşı öz böyrəyinin birini bacısına vermək qərarına gəlib.

Əməliyyatı cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib. Cərrahın sözlərinə görə, transplantologiyada ən böyük problem donorluqdur: “Lakin xəstə elə bir ailədən idi ki, ailə üzvlərinin hamısı donor olmağa hazır idi. Düşünürəm ki, bu, çox təqdirəlayiq bir nümunədir. Belə ailədən örnək götürməyə dəyər!”.