logo

Biləsuvarda avtoqəza: 3 ölü , 2 yaralı var

23:59 27-01-2019 | icon 4928
Biləsuvarda avtoqəza: 3 ölü , 2 yaralı var

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Ford” markalı sərnişin mikroavtobusun aşması nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib. Yaralılardan üçü Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.