logo

Kürdəmirdə ağır avtoqəzada bir ailənin dörd üzvü yaralandı

23:51 25-01-2019 | icon 4095
Kürdəmirdə ağır avtoqəzada bir ailənin dörd üzvü yaralandı

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. YeniAvropa xəbər verir  ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobilinin “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova xəsarət alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(“Report”)