logo

Məktəblərdə qış tətili başlayır

23:21 25-01-2019 | icon 4116
Məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, qış tətili yanvarın 27-dən 31-dək davam edəcək.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də sona çatır. Tədris ilinin birinci yarımili sentyabrın 15-dən yanvarın 26-dək, ikinci yarımili isə fevralın 1-dən iyunun 14-dəkdir.