logo

Gəncədə mağaza yanıb

11:50 25-01-2019 | icon 4025
Gəncədə mağaza yanıb

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 2 min kvadratmetr olan ikimərtəbəli binanın birinci mərtəbəsi 500 kvadratmetr sahədə yanıb. Yanğın nəticəsində binanın birinci mərtəbəsindəki mağazanın içərisində olan geyim malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) YeniAvropa-ya bildiriblər ki, mağazanın zirzəmisi, ikinci mərtəbəsi və mansardı yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.