logo

San-Marinonu “Eurovision 2019”da türk müğənni təmsil edəcək

12:12 23-01-2019 | icon 791
San-Marinonu “Eurovision 2019”da türk müğənni təmsil edəcək

Bu il “Eurovision” mahnı müsabiqəsində San-Marinonu təmsil edəcək ifaçının adı açıqlanıb. YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu, “Je Madore" mahnısı ilə Avropa musiqi siyahılarında həftələrlə birinci sırada yer alan türk müğənni Serhat Hacıpaşalıoğludur. Artıq məşqlərə başlayan sənətçi mətbuat konfransı da keçirib. O, həm San-Marino, həm də Türkiyə üçün əlindən gələni edəcəyini deyib.

Qeyd edək ki, Serhat ikinci dəfədir San-Marinonu "Eurovision"da təmsil edir. O, 2016-cı ildə də müsabiqəyə qatılıb.