logo

Bakıda taxta bazarında yanğın olub

11:15 23-01-2019 | icon 3899
Bakıda taxta bazarında yanğın olub

Paytaxtda taxta bazarında yanğın baş verib.

YeniAvropa FHN-ə istinadlqla  xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin mühafizə bölmələri çağırış ünvanında müvafiq yanğınsöndürmə işləri aparıblar.

Yanğın saat 03:48-də məhdudlaşdırılıb, saat 07:15-də isə tam söndürülüb.