logo

Təxirə salınan dərs günləri tətil günlərindən çıxılmayacaq

13:31 18-01-2019 | icon 3941
Təxirə salınan dərs günləri tətil günlərindən çıxılmayacaq

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

YeniAvropa xəbər verir  ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, yanvarın 17-18-də bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili isə yanvarın 27-dən 31-dək olan günləri əhatə edir.