logo

Sergey Lazarev Rusiyanı  təkrar “Eurovision”da təmsil etmək iddiasındadır

13:05 17-01-2019 | icon 5047
Sergey Lazarev Rusiyanı  təkrar “Eurovision”da təmsil etmək iddiasındadır

Rusiyanı may ayında İsraildə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək əsas iddiaçının adı açıqlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, müğənni Sergey Lazarev Rusiyadan “Eurovision”da iştirak etmək üçün əsas iddiaçıdır, amma Birinci telekanal digər namizədləri də nəzərdən keçirir.

Qeyd edək ki, S.Lazarevin “Eurovision” iştirakı təsdiqlənərsə, bu, onun müsabiqədə ikinci iştirakı olacaq.

Xatırladaq ki, 2016-cı ildə Stokholmda Rusiyanı təmsil edən müğənni “You Are the Only One” mahnısı ilə üçüncü yeri qazanıb. Mahnının musiqisini Filip Kirkorov bəstələyib, habelə mahnı üzərində Böyük Britaniya və Yunanıstandan olan peşəkarlar çalışıblar.

Gənc yaşlarından müğənnilik karyerasına başlayan Sergey Lazarev həm də peşəkar aktyordur. O, ilk dəfə 2002-ci ildə “Romeo və Cülyetta” tamaşasında Romeo obrazını canlandırıb.