logo

İlham Əliyevin nəvəsi musiqi festivalında çıxış edəcək

22:15 15-01-2019 | icon 5089
İlham Əliyevin nəvəsi musiqi festivalında çıxış edəcək

Prezident İlham Əliyevin 10 yaşlı nəvəsi Əli Ağalarov fevralın 16-da Bakıda keçiriləcək II “Zima” uşaq estrada mahnıları festivalında çıxış edəcək.  YeniAvropa xəbər verir  ki, bu barədə festivalın rəsmi "Instagram" səhifəsi məlumat yayıb. Festival təşkilatçılarının sözlərinə görə, o, "Oxbridge Academy"də oxuyur və videooyunlarla maraqlanır. Xəbərdə qeyd edilib ki, özünü musiqiyə həsr etmək arzusunu Əlidə Rusiya ifaçısı Eldjeyin yaradıcılığı oyadıb. Festivalın finalı Heydər Əliyev Sarayında olacaq.

Qeyd edək ki, "Zima” müsabiqə deyil, beynəlxalq mahnı festivalı olduğundan qalib elan olunmayacaq – hər iştirakçı festivalın diplomuna layiq görüləcək.

Festivalın baş sponsoru SOCAR-dır. İTV isə festivalın rəsmi teleyayım şirkəti olacaq.

Xatırladaq ki, Əli prezidentin böyük qızı Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğludur.