Mübariz Mənsimov:" Heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm"
Bir qədər əvvəl xəbər verdiyimiz kimi, SOCAR borca görə “Palmali”yə məxsus 14 gəmini müsadirə edib, eyni zamanda öz zavod və müssisələrinə şirkətin gəmilərinin daxil olmasına qadağa qoyub.
Məsələylə bağlı “Palmali”nin prezidenti Mübariz Mənsimov müsahibə verib:
- Mübariz bəy, sizin şirkətə məxsus 14 gəminin SOCAR tərəfindən müsadirə olunmasını necə şərh edərdiz?
- Aylardır mətbuatda eyni xəbərlər yayılır. Nə deməyə çalışdıqlarını başa düşə bilmirəm. Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım. Burda kimin haqlı olub-olmaması ilə bağlı müzakirə açmaq istəmirəm. Məhkəmə yolu açıqdır, istənilən zaman hər iki tərəf məhkəməyə müraciət edə bilər. Yazırlar ki, “Palmali” batır. Hə yoxdur “Palmali” rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdən haqqımda düzgünolmayan informasiyalar yayırlar. Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər mənim başım çıxmır.
- Qeyd olunur ki, “SOCAR” tankerlərinizi də öz zavoduna buraxmır.
- Təəssüf ki, bu yalan deyil. SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm.
- Sizin konkret SOCAR-a borcunuz var?
- Xeyr, mənim borcum yoxdur. Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir, şirkət kimdədir, nə borc? Tam tərsinə mənim oradakı pullarım qaytarılmayıb.
- Şirkətinizin maddi durumunun pis olduğu yazılır... Vəziyyətiniz hazırda necədir?
- Dünyada vəziyyət necədirsə, bizim şirkətdə də elədir. Bilirsiz “Palmali” beynəlxalq şirkətdir. Təəssüf ki, “Lukoyl”la məlum olan məhkəmə prosesimiz var. Onun xaricində şirkət öz normal inkişafını davam etdirir. Gəmilər sifariş edirik. O demək deyil ki, şirkət sıxıntıdadır, gəmilərimizin hamısı suyun üzərindədir. Dünyada məlum olan iqtisadi sıxıntıların bizə də sıçrayışları var. Ancaq belə şeyləri danışmaq ayıbdır.
- Son vaxtlar azərbaycanlı iş adamlarının müflis olmasıyla bağlı məlumatlar yayılır. Əvvəlcə, AST Telman, ardınca siz.
- Bilmirəm bunu Azərbaycanda kim edir, heç bilmirəm Telmana nə olub. Belə şeylərə inanmaq da istəmirəm. Bir iş adamı bata da bilər, yüksələ də. Bu o demək deyil ki, onun vətənində 24 saat haqqında yazmalıdırlar. Mənə göstərin ki, dünyanın hansı yerində bir iş adamı haqqında gecə-gündüz yazırlar. Bu qədər paxıllıq, qısqanclıq haradandır? “Palmali”ni və Mübariz Mənsimovu xəyal etdikləri şəkildə görə bilməzlər. Bunun qarantiyasını verirəm. “Palmali”nin olmasın 200 gəmisi, olsun 10 gəmisi. Deyək ki, bütün dünyada gəmilərimiz dayandı, bundan o insanlar , bəlli şəxslər nə qazanacaq? Onların özləri və övladları kimi oğurluq etmirik, bəlkə, bu onların gözünə batır.
- Son illərə qədər Azərbaycanla münasibətləriniz yüksək səviyyədə olub. Birdən-birə nə baş verdi, vəziyyət dəyişdi?
- Mənim münasibətlərim yenə də yaxşıdır. Azərbaycanın inkişaf etməsinə çox sevinirəm. Həmişə qürur duymuşam ki, azərbaycanlıyam. Ölkədə baş verən yaxşıya sevinirik, pisə isə üzülürük. Biz iş adamıyıq, dövlətin işinə qarışmırıq. Bizim üçün önəmli olan odur ki, vətənimiz inkişaf etsin, parıldasın, başda ermənilər olmaqla paxıllıq edənlər qısqansın. Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq. Gecə-gündüz əleyhimizə işləyən saytların rəhbərləri mənə maraqlıdır ki, əllərini vicdanına qoyub necə yatırlar? İndiyə kimi imkansız olan 18 minə yaxın tələbəni oxutdurmuşam. Bunu Azərbaycanda bilməyən yoxdur. Belə şeyləri yazmaq ayıbdır. Bunu bilə-bilə yazırlar. Maliyyə institutlarının qarşısında bizi gözdən salmaq məqsədiylə edirlər. Etsinlər, görüm nə olacaq? Sadəcə, 4 uşağım var, qızlarım zəng vurub məndən soruşurlar ki, bu nədir haqqında yazırlar?
- Mübariz bəy, konkret hansı hadisədən sonra münasibətləriniz gərginləşdi?
-İki il bundan əvvəl SOCAR-dan ayrılandan sonra bu cür yazılar yazılmağa başlanıldı. Biz dövlətə hörmət edirik, Azərbaycana ziyan gəlməsin deyə susuruq. Yazmışdılar ki, FTB-dən bizi araşdırırlar, kəşfiyyat dairəsinin ticari şirkətdə nə işi var? Belə xəyalları hardan qururlar? Deyirlər ki, vergidən yayınmışıq. Rusiyada dənizçiliyin saytına baxsınlar, orada dənizçiliyin vergisi yoxdur. Belə uydurma olar? Onsuz da üstümüzə gəlirlər. Sifarişlə 4 il əvvəl vergi dairəsi bizi 3 il yoxladı, heç nə tapa bilməyib çıxıb getdilər. Məhkəmələrdə də bizə uduzdular. (“Qafqazinfo”).
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ