logo

Sulutəpədə məcburi köçkün özünü polis bölməsi qarşısında yandırıb

22:27 13-01-2019 | icon 3906
Sulutəpədə məcburi köçkün özünü polis bölməsi qarşısında yandırıb

Paytaxtın Sulutəpə qəsəbəsində bir kişi 40-cı Polis Bölməsinin qarşısında özünü nümayişkəranə şəkildə yandırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə "Virtualaz.org" məlumat yayıb. Qeyd edilib ki, sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, həmin şəxs məcburi köçkün Tərlan Akif oğlu İslamovdur.

Bildirilir ki, belə bir ümidsiz addım atmazdan əvvəl, həmin şəxs bir polis əməkdaşı ilə mübahisə edib.

Tərlan İslamov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı Kliniki xəstəxananın yanıq bölməsinə çatdırılıb. Onun koma vəziyyətində olduğu bildirilir.

Zərər çəkmişin qohumlarının dediklərinə görə, Tərlan İslamov polisə müraciət edib və bildirib ki, kafelərdən birində onun telefonunu oğurlayıblar. Ehtimala görə, kafenin sahibi də polis əməkdaşıdır. Ancaq zərərçəkmişin şikayətinə baxmayıblar, ona görə də o, polis bölməsinə yollanıb və deyib ki, əgər onun problemi ilə məşğul olmasalar, özünü yandıracaq,

Onun tələbinə əhəmiyyət verilməyib və həmin şəxs üstünə benzin tökərək özünü yandırıb.