logo

Bakıda ağır yol qəzası nəticəsində iki nəfər ölüb

18:57 13-01-2019 | icon 3647
Bakıda ağır yol qəzası nəticəsində iki nəfər ölüb

Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.