logo

Lənkəranda təkəri partlayan maşın qəza törətdi: iki yaralı var

17:48 13-01-2019 | icon 4389
Lənkəranda təkəri partlayan maşın qəza törətdi: iki yaralı var

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki,  Liman şəhər sakini, 1992-ci il təvəllüdlü Dadaşov Fuad Tahir oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil idarəetməni itirərək, 1991-ci il təvəllüdlü həmyerlisi Qasımov Elməddin Natiq oğlunun sükanı arxasında olduğu "Prado"ya çırpılıb.

Boladi çayı üzərində baş verən qəza nəticəsində "Daewoo"nun sürücüsü F.Dadaşov və 1996-cı il təvəllüdlü sərnişini Rauf Hüseynov ağır bədən xəsarətləri alıblar.

Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozu qoyularaq müvafiq tibbi yardımlar göstərilib. "Prado"nun sürücüsünə isə ambulator yardım göstərilib.

Hadisənin baş verməsinə səbəb kimi avtomobilin təkərin deşilməsi nəticəsində idarəetmədən çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.