logo

Neftçalada modul tipli 7 məktəb binası quraşdırılır

16:15 11-01-2019 | icon 4221
Neftçalada modul tipli 7 məktəb binası quraşdırılır

Neftçala rayonunda son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Ötən ildən başlayaraq rayonda modul tipli daha 7 məktəb binası quraşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov məlumat verib. Onun sözlərinə görə. məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərə kəndlərində inşa olunur.

Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Artıq Pirəppə və Qaraqaşlı kəndlərində 56 şagird yerlik ümumi orta məktəb üçün quraşdırılan tikililərdə inşaat işləri yekunlaşıb. Qalan 5 binanın tikintisində işlər sürətlə davam etdirilir.

Məktəb binalarının inşası yeni dərs ilinə kimi başa çatdırılacaq.