logo

Quba-Xaçmaz yolundakı  avtoqəzada  3 nəfər ölüb

12:25 10-01-2019 | icon 3899
Quba-Xaçmaz yolundakı  avtoqəzada  3 nəfər ölüb

Yanvarın 10-u səhər saatlarında Qubada ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

YeniAvropa xəbər verir  ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində “Ford” markalı yük avtomobili “VAZ 21010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Qəzada yaralanan Quba rayonu Rustov kənd sakini Seyidəhmədov Ramin Əlfəddin oğlu Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.