logo

Gəncə şəhərində xəstəxanada yanğın olub

12:32 09-01-2019 | icon 3773
Gəncə şəhərində xəstəxanada yanğın olub

Gəncə şəhərində xəstəxanada yanğın olub.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Gəncə şəhərinin Nizami rayonunda xəstəxananın yerləşdiyi ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan, taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın (iki korpusdan ibarətdir) birinci korpusunun 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın tavanı 3 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın döşəməsi 1 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.