logo

Xaçmazda avtoqəzada 3 nəfər yaralanıb

12:15 04-01-2019 | icon 3696
Xaçmazda avtoqəzada 3 nəfər yaralanıb

Yanvarın 4-də Xaçmaz rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, rayonun Qımıl-Qışlaq kəndinə gedən yolda qeydə alınan hadisə zamanı “VAZ 21011” markalı minik maşını “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində minik maşınlarının sürücüləri və “VAZ 21011” markalı avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılara tibbi yardım göstərilib. Travmatologiya şöbəsində müalicələrini davam etdirən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.