logo

Xətai rayonunda qaçqınlar yataqxanasında yanğın baş verib

11:20 03-01-2019 | icon 3871
Xətai rayonunda qaçqınlar yataqxanasında yanğın baş verib

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.

Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.