logo

Məşhur hind aktyoru Kader Khan 81 yaşında Torontoda dünyasını dəyişib

19:36 01-01-2019 | icon 57589
Məşhur hind aktyoru Kader Khan 81 yaşında Torontoda dünyasını dəyişib

"Bollivud"un  ən məhşur aktyorlarından biri Kader Khan uzun sürən xəstəlikdən sonra 81 yaşında Kanadanın Toronto şəhər klinikasında dünyasını dəyişib. 

YeniAvropa xəbər verir  ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Keçmiş sovet respublikalarında da populyar olan Kader Kxan 1970-1990-cı illərdə 300-dən artıq filmdə rol alıb. O, çəkildiyi filmlərdə daha çox mənfi obrazları canlandırmağa üstünlük verib. Buna baxmayaraq Kader khan bir neçə komediya filmində də rol alıb. Son illərdə Kader Khan "Bollivud" filmləri üçün ssenarilər yazmaqla məşğul olub. Sovet tanamaçıları onun "Samrat", "Qisas hissi", "Abdulla", "Məhəbbətim mənim, kədərim mənim" filmlərində canlandırdığı obrazları daha çox xatırlayırlar.