logo

“Port Baku”da baş vermiş yanğında iki nəfər tüstüdən zəhərlənib

23:10 27-12-2018 | icon 3976
“Port Baku”da baş vermiş yanğında iki nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nəsimi rayonunda “Port Baku” yaşayış kompleksinin dördüncü mərtəbəsində mənzildə qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Fövqəladə Hallar Nazirliyinin YeniAvropa-ya bildiriblər ki, əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğın bölmələri tərəfindən tüstülənmənin qarşısı alınıb. Hadisə zamanı iki nəfər tüstüdən zəhərlənib.