logo

Binəqədi rayonunda avtomobil təmiri obyektində yanğın olub

00:07 17-12-2017 | icon 3395
Binəqədi rayonunda avtomobil təmiri obyektində yanğın olub

Binəqədi rayonunda avtomobil təmiri obyektində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa.az-a bildiriblər ki, hadisə nəticəsində bir-birinə bitişik olan üç avtomobil təmiri sexinin dam örtüyü 175 kvadratmetr sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.