logo

Ağdaş məktəbliləri tariximizlə bağlı sualları cavablandırıblar

00:00 17-12-2017 | icon 4487
Ağdaş məktəbliləri tariximizlə bağlı sualları cavablandırıblar

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin ümumtəhsil müəssisələri kateqoriyası üzrə qalib seçilmiş “Gələcəyə doğru” layihəsinə Ağdaş rayonundakı Qəribli kənd tam orta məktəbinin şagirdləri arasında keçirilən “Mən azərbaycanlıyam” intellektual oyunu ilə yekun vurulub.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, intellektual oyunda şagirdlər Azərbaycanın tarixi, etnoqrafiyası, coğrafiyası və mədəniyyəti ilə bağlı sualları cavablandırıblar. İlk üç yerə layiq görülən şagirdlər medal və diplomlarla mükafatlandırılıblar.

“Gələcəyə doğru” layihəsinin məqsədi şagirdlərin dünyagörüşünü artırmaq, bacarıq və istedadlarını üzə çıxarmaq, onlara Azərbaycan haqqında daha geniş məlumat verməkdir. V-XI sinif şagirdlərini əhatə edən layihənin icra müddəti üç ay olub.