logo

Ağcabədidə avtomobil ağaca çırpıdı, üç nəfər öldü

19:51 17-12-2018 | icon 4123
Ağcabədidə avtomobil ağaca çırpıdı, üç nəfər öldü

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Ş.Abdullayev və avtomobildə olan sərnişinlərdən sürücünün anası və azyaşlı oğlu hadisə yerində ölüb, digər 4 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.