logo

Ajda Pekkan Bakıda konsert verəcək

17:05 11-01-2018 | icon 116375
Ajda Pekkan Bakıda konsert verəcək

Türkiyənin məşhur estrada müğənnisi Ajda Pekkan bu gün Bakıya gəlib. YeniAvropa xəbər verir ki, bu barədə “Nərgiz” jurnalının rəsmi instaqram səhifəsində məlumat paylaşılıb. Məlumatda qeyd olunur ki, səfərdə məqsəd  "Nərgiz" jurnalının  5 yaşı münasibəti təşkil olunacaq konsertdə iştirak etmıkdir. Belə ki, türkiyəli super star bu münasibətlə yanvarın 13-də Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış edəcək. Konsert  saat 20:00-da  başlayacaq.

Konsertin biletlərinin qiyməti isə  50-500 AZN olduğu bildirilir.