logo

Mövsümü qrip hesab edildiyindən daha təhlükəlidir

23:55 16-12-2017 | icon 8218
Mövsümü qrip hesab edildiyindən daha təhlükəlidir

ABŞ-ın xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, il ərzində dünyada 646.000 adam mövsümü qripin qurbanı ola bilər. AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, qripin ştammından asılı olaraq, ildə 291 mindən 646 minədək adam qripə yoluxduğu üçün dünyasını dəyişir. Əvvəlki hesablamalara görə isə mövsümü qrip ildə 250 mindən 500 minədək adamın ölümünə səbəb olur.

Mütəxəssislər aydınlaşdırıblar ki, mövsümi qripdən ölümün səviyyəsi dünyanın yoxsul bölgələrində və ahıllar arasında xüsusilə yüksəkdir. Belə ki, çox vaxt yaşı 75-də yuxarı olan insanlar və Afrikanın tropik bölgələrinin sakinləri qripin qurbanı olurlar. Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiya ölkələrində ölümün səviyyəsi aşağı olsa da, yenə də yüksəkdir.

Tədqiqatçılar qripin profilaktikasının əhəmiyyətli olduğunu bildirirlər. Onlar hesab edirlər ki, qarşıdan gələn qrip mövsümü çətin olacaq. Mütəxəssislər qripə qarşı universal vaksinin hazırlanacağına ümid bəsləyirlər.