logo

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb

14:57 11-12-2018 | icon 4018
“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək dünyasını dəyişib.

YeniAvropa xəbər verir  ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Xəbərdə  qeyd olunub ki, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb.

Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onu psixi pozuntularının olduğu müəyyən edilib.

O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Taxveli Ramiz Pərviz oğlunun “Buta Palace”nin art direktoru olduğu bildirilir.