logo

Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub

21:54 10-12-2018 | icon 5012
Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub

Dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltif olunması mərasimləri keçirilib.

YeniAvropa xəbər verir  ki, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin xatirəsini anma günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya, təbabət və iqtisadiyyat sahələrində laureatlara mükafatlar verilib. İsveç Kralı ХVI Karl Qustav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu pul mükafatı təqdim edib. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb.

Sonda Nobel mükafatı laureatları və qonaqlar üçün rəsmi bayram ziyafəti verilib.

Qeyd edək ki, 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub.

Ədəbiyyat üzrə Nobel mükafatı isə 2019-cu ildə veriləcək.