logo

Qubada kənd orta məktəbində yanğın baş verib

19:46 10-12-2018 | icon 3654
Qubada kənd orta məktəbində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kənd orta məktəbində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal hadisə yerinə cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.