logo

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

19:51 09-12-2018 | icon 3745
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Dekabrın 9-u axşam saatlarında Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Toyota Camry” markalı avtomobillə vurulan 55 yaşlı Çinartala kənd sakini Poladov Alim Absətdar oğlu hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.