logo

119 saylı avtobus qəza nəticəsində aşdı: 9 yaralı var

21:49 07-12-2018 | icon 4298
119 saylı avtobus qəza nəticəsində aşdı: 9 yaralı var

Bakı-Sumqayıt avtomagistralında 20 Yanvar dairəsi istiqamətində hərəkət edən 119 saylı sərnişin avtobusu aşıb.

YeniAvropa xəbər verir  ki, qəza zamanı 3-ü qadın, 6-sı kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 63 yaşlı qadının vəziyyəti ağır, digərlərinin vəziyyəti isə qənaətbəxşdir.

Hadisənin başvermə səbəbləri araşdırılır.