logo

Bakıda isveçli rəssamın əsərləri sərgilənəcək

20:21 03-12-2018 | icon 4914
Bakıda isveçli rəssamın əsərləri sərgilənəcək

Dekabrın 6-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisi açılacaq.

YeniAvropa xəbər verir  ki, sərgi İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə reallaşacaq. Sərgidə rəssamın 40-dək sənət əsəri nümayiş olunacaq.

Dekabrın 8-dək ziyarətçilər üçün açıq qalacaq sərgi ilə hər kəsin tanış olmaq imkanı var.