logo

Rusiyaya meyvə aparan yük maşını Xaçmazda qəzaya uğrayıb

11:16 30-11-2018 | icon 4039
Rusiyaya meyvə aparan yük maşını Xaçmazda qəzaya uğrayıb

Noyabrın 30-da Rusiyaya meyvə aparan yük maşını Xaçmazda qəzaya uğrayıb.

YeniAvropa xəbər verir  ki, hadisə Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Meyvə ilə yüklənmiş, Rusiya vətəndaşına məxsus yük maşını döngədə idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.