logo

İsfar Sarabski Parisdə konsert proqramı ilə çıxış edəcək

12:07 10-01-2018 | icon 4186
İsfar Sarabski Parisdə konsert proqramı ilə çıxış edəcək

Cazmen, əməkdar artist İsfar Sarabski yanvarın 13-də Parisdə konsert proqramı ilə çıxış edəcək.YeniAvropa xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə reallaşacaq konsert barədə məlumat TEAS-ın “facebook” səhifəsində yer alıb.

İsfar Sarabski 2009-cu ildə İsveçrədə “Montreux Jazz Festival” beynəlxalq musiqi festivalında qalib gəlib. O, caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz kompozisiyasını yazır. İ.Sarabski Londonun “Royal Albert Hall” və “Ronnie Scott’s Jazz Club”, Berlinin “The Asphalt Jazz Club”, Parisin “Le Duc des Lombards” kimi bir çox məşhur caz klublarında konsertlər verib, habelə məşhur cazmenlərlə eyni səhnəni bölüşüb.