logo

Tərtərdə yanacaqdoldurma məntəqəsindəki partlayışda 2 nəfər yanıb

13:23 29-11-2018 | icon 3906
Tərtərdə yanacaqdoldurma məntəqəsindəki partlayışda 2 nəfər yanıb

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində partlayış baş verib.

YeniAvropa xəbər verir  ki, Səhiyyə Nazirliyinin məlumatına görə hadisə zamanı iki nəfər xəsarət alıb. Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

Faktla bağlı araşdırma aparılır.