logo

Siyəzəndə avtəqəza: 4 nəfər ağır xəsarət alıb

23:37 25-11-2018 | icon 3752
Siyəzəndə avtəqəza: 4 nəfər ağır xəsarət alıb

Noyabrın 25-də Siyəzən rayonu ərazisində 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, 0 AR 424 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək beton maneəyə çırpılıb.

Qəza nəticəsində yaralanan Bakı şəhər sakinləri, 1960-cı il təvəllüdlü Rzayev Ceyhun Məsim oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Anar Vaqif oğlu təcili-tibbi yardım maşını ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb.

Sınıq xəsarətləri alan Ceyhun Rzayev və Anar Rəsulov da ilkin tibb yardımdan sonra müalicələrini davam etdirmək üçün Bakı şəhərinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.