logo

Polşa “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi olub

21:49 25-11-2018 | icon 4774
Polşa “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi olub

Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində səsvermənin nəticələri açıqlanıb.

YeniAvropa xəbər verir  ki, səsvermənin yekunlarına əsasən müsabiqədə Polşa təmsilçisi qalib gəlib.

Müsabiqənin budəfəki finalı rekord sayda iştirakçı ilə xarakterik olub. Finalda Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Azərbaycan, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri yarışıblar.