logo

Hacıqabulda iki maşın toqquşub, 8 nəfər yaralanıb

19:45 25-11-2018 | icon 4200
Hacıqabulda iki maşın toqquşub, 8 nəfər yaralanıb

Hacıqabul rayonunda baş verən ağır yol qəzası nəticəsində yaralananlardan daha ikisinin şəxsiyyəti məlum olub. Bunlar "Mercedes"in  sürücüsü, 1965-ci il təvəllüdlü Həsənov Pirəli Güləli oğlu və 1993-cü il təvəllüdlü sərnişin Həsənova Lalə Pirəli qızıdır.

YeniAvropa xəbər verir  ki,  bu gün səhər saatlarında Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.  Hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb.

"07-EG-547" dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı avtomobillə "90-DA-004" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Bundan əvvəl zərərçəkmişlərdən daha 5-nin adı məlum olmuşdu. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır.

Faktla bağlı araşdırma aparılır.("Report")