logo

Bakıda yerli və kubalı caz ifaçılarının iştirakı ilə konsert proqramı təşkil edilib

23:39 21-11-2018 | icon 1456
Bakıda yerli və kubalı caz ifaçılarının iştirakı ilə konsert proqramı təşkil edilib

Noyabrın 21-də Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər.

YeniAvropa xəbər verir  ki, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar.

“jAzzeri Bands and Art” adlı caz musiqisi axşamında Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova və Elvin Bəşirovun ifaları dinlənilib.

Konsertdə xüsusi qonaq qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu “Los Amigos” qrupu ilə birgə çıxış edib.

Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim ediblər.