logo

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

15:11 21-11-2018 | icon 3871
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bu gün səhər Sumqayıtda ölümlə nəticələn yol–nəqliyyat hadısəsi qeydə alınıb. Hadisə Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

Şəhər Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, şəhər sakini 1955-ci il təvəllüdlü Yaşar Əziz oğlu Əhmədov piyada keçidindən yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Yaralı yaxınlıqda olan insanların köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. O, aldığı kəllə-beyin travmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.